!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Ermənistan danışıqlarında “sərhəd platforması” DÖNƏMİ: “Vasitəçilərin iştirakı olmadan...”

!Reklam – Yazi

“Bəziləri elə hesab edir ki, danışıqlar mütləq şəkildə birinci şəxslər tərəfindən aparılmalıdır”.

Bu fikirləri Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin sərhəd ərazidə vasitəçisiz görüş keçirəcəyini dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Bakı ilə İrəvanın bu addımı optimal gediş adlandırıla bilər:

“Azərbaycan və Ermənistan arasında istər Brüssel, istərsə də Vaşinqtonda baş tutan görüşlər onu göstərdi ki, prosesə qatılan bütün tərəflər öz maraqlarını təmin etməyə çalışır. Moskvada keçirilən görüşlər Qərbdə ciddi qıcıq yaradır.

Son vaxtlarda belə düşünürdük ki, danışıqların növbəti raundu Tiflisdə təşkil oluna bilər. Ancaq Gürcüstanın son addımları onu göstərir ki, Tiflis də kənar qüvvələrdən çox asılı vəziyyətdədir. Ona görə də, Azərbaycan və Ermənistan nümayəndələri arasında birbaşa görüş planlaşdırılması daha optimal variantdır.

Bəziləri elə hesab edir ki, danışıqlar mütləq şəkildə birinci şəxslər tərəfindən aparılmalıdır. Buna xüsusi ehtiyac yoxdur. Digər tərəfdən, onu da unutmayaq ki, 1991-ci ildən bu yana Cənubi Qafqaz dövlətləri arasında sərhədlərin delimitasiyası hələ də açıq qalır.

Lakin birbaşa təmasların təşkilinə yönəlik səylər yüksək qiymətləndirilməlidir. Vasitəçilər prosesə daxil olursa, onların da maraqları təmin edilməlidir.Yəni iki ölkənin maraqları qalır bir tərəfdə, vasitəçinin maraqları ön plana çıxarılır. Bu da hər iki ölkədə narazılığa səbəb olur”.

Səxavət Məmməd

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv