!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Ermənistan danışıqlarında YENİ FORMAT: “İrəvan sülhə hazır olsaydı...”

!Reklam – Yazi

“Berlin formatının yeni, Ermənistanın isə sülh müqaviləsinə imza atmağa hələ də hazır olmadığı nəzərə alınmalıdır”.

Bu fikirləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin fevralın 27-28-də Berlində baş tutacaq görüşünün mümkün nəticələrini dəyərləndirən səsləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirlərinin Berlində keçiriləcək görüşü danışıqların yeni formatı sayıla bilər:

“Azərbaycanla Ermənistan arasında iki, üç və hətta dördtərəfli danışıqlar formatının şahidi olmuşuq. Vaşinqton, Moskva, Brüssel formatından sonra Berlində nəzərdə tutulan görüş artıq yeni format hesab oluna bilər.

Bu baxımdan, aylarla davam edən durğunluqdan sonra belə bir görüşün planlaşdırılması müsbət hadisədir. Lakin nəticənin necə olacağını indidən söyləmək çətindir. Berlin formatının yeni, Ermənistanın isə sülh müqaviləsinə imza atmağa hələ də hazır olmadığı nəzərə alınmalıdır.

Əgər Ermənistan sülhə hazır olsaydı, bir neçə gün öncə sərhəddə təxribatlar baş verməz, silahlanmaya o qədər də maraq göstərməzdi. Bu amillər göz önünə gətirildikdə, Berlin görüşündə ciddi nəticələrin əldə olunacağı ilə bağlı gözləntilər azalır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv