!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Ermənistan gərginliyinin bəslədiyi BÖYÜK GÜCLƏR: "Sülh müqaviləsi imzalanmadığı müddətcə..."

!Reklam – Yazi

“Gərginlik Rusiyanın Ermənistanı təsir dairəsində saxlamasına geniş imkan yaradır”.

Bunu ABŞ-nin Cənubi Qafqazda sülh səylərinin regiona təsirindən danışan “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının rəhbəri Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, sülh müqaviləsi bağlanmadan bölgədə gərginliyin davamlı olacağı şübhəsizdir:

“Hadisələrin gedişi elə bir mərhələyə çata bilər ki, hərbi əməliyyatlar qaçılmaz olar. Təhlilçilər, analitiklər belə bunu proqnozlaşdırırlar. Ona görə ABŞ kəşfiyyatının bu proqnozunu ciddi qəbul etmək lazımdır. Ermənistan müxtəlif cəhdlərlə rus kontingenti vasitəsilə Xankəndi və ətrafında məskunlaşan erməniləri silahlandırmağa cəhd edir. Buna dair onlarla videosübut var. Ermənistanın atdığı addımlar regionda sülhü təhdid edir. Azərbaycan öz ərazilərində silahların daşınmasına, Ermənistanın tör-töküntü hərbi birliklərinin regiondan çıxmamasına reaksiya verir və verəcək.

Sülh müqaviləsi imzalandıqdan sonra gərginliyin azalacağına, hərbi əməliyyatların olmayacağına hüquqi təminat yaranmış olur. Faktiki isə Ermənistan manipulyasiya ilə məşğuldur və sülh prosesini uzadır. Azərbaycan yeni hərbi əməliyyat, müharibə istəmədiyindən sülh məsələsində israrlıdır. Lakin sülhə nail olmaq təkcə bizim istəyimizdən asılı deyil. Qarşı tərəfdən də adekvat cavab almalıyıq. Ermənistan sülh müqaviləsini imzalamadığı müddətcə bölgədə gərginlik qalmaqda davam edəcək.

Bölgədə yenidən gərginlik yaşanması nəinki regionun, heç Qərbin də maraqlarına cavab vermir. Çünki gərginlik Rusiyanın Ermənistanı təsir dairəsində saxlamasına geniş imkan yaradır. Ona görə də Ermənistanın sülh prosesinə adekvat reaksiya verməsi Qərbin maraqlarına uyğundur. Qərb dövlətləri Ermənistanı sülhə məcbur etməyə çalışmalıdır və bütün mümkün vasitələrdən istifadə etməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv