!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Ermənistan münasibətində kənar qüvvə TƏSİRİ: "Münaqişənin həllini tapa bilməsi üçün..." - POLİTOLOQ

!Reklam – Yazi

“Ermənistan zəif uşaqdır. Dəstəkçiləri sayəsində özünü hikkəli aparır. Buna görə də, Azərbaycan qəzəbli davranır”.

Bunu Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında birbaşa görüşlərin olma ehtimalını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, vasitəçilərsiz görüşlərin olması promlemin həllini sürətləndirər:

“Kənar qüvvələr fəal şəkildə müdaxilə etməsələr Ermənistan Azərbaycan arasında razılığa gəlmə ehtimalı yüksələr. Məsələ ondadır ki, kənar qüvvələr – nə Fransa, nə Rusiya, nə ABŞ əl çəkmirlər. Adı çəkilən ölkələrin bölgədə iqtisadi və geosiyasi maraqları var. İkilikdə qalsa idi bu problem çox rahat həll olardı. Ermənistan öz gücünü və potensialını bilir, Azərbaycan da özününkünü. Bu zaman Ermənistanın da, Azərbaycanın da daha gerçəkci mövqe tutma ehtimalı yüksəlir. Ermənistanın davakar, qəzəbli siyasəti ondan irəli gəlir ki, kənar qüvvələrin bölgədə Azərbaycanın mənafeyini ciddi zədələyən rolu var. Ermənistan da bundan ruhlanır. O qüvvələr olmasa Ermənistan qonşumuzdur, zəifdir, imkanları məhduddur. Onlara qarşı mülayim münasibət bəsləyib, dil tapmaq olar. Ermənistan kənar qüvvələrdən ilham alıb hikkə və özünə məxsus olmayan iddialarla hərəkət edəndə, Azərbaycan da buna münasib qəzəbli mövqe tutur. Bu zaman toqquşma ehtimalı artır.

Həyatdan bir misal gətirim. Məhlədə iki uşaq olur. Biri zəif, biri güclü. Güclünü əzmək istəyən dəstə zəifin arxasında durur ki, get ona sataş. Güclü uşaq zəif uşağı döyməyə başlasa, gəlib düşürlər güclünün üstünə. Bu sadə düsturdur. Həm məhlədə təcrübə olunur, həm də beynəlxalq siyasətdə.

Əminəm ki, kənar qüvvələr müdaxilə etməsə, münaqişə sürətlə həllini tapa bilər”.

Səxavət Məmməd

www.yenicag.az

668
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv