!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Ermənistan münasibətində Rusiya-Qərb qarşıdurması: “ABŞ-nin bu cür yanaşması...” - ŞƏRH

!Reklam – Yazi

“Son proseslər fonunda ABŞ-nin bu cür yanaşması daha çox vasitəçilik prinsiplərini pozmamaq, neytral mövqe sərgiləməkdən qaynaqlanır”.

Bu fikirləri ABŞ Dövlət Departamentinin Azərbaycan-Ermənistan sərhədində yaşanan son toqquşmalara münasibətini şərh edən politoloq Asif Nərimanlı bildirib.

Politoloq qeyd edib ki, bu prosesdə Qərb və Rusiya vasitəçi rolunda çıxış etmək istəyir:

“Qərb və Rusiyanın bu istəyi regiondakı maraqlarından irəli gəlir. Bu baxımdan adı çəkilən qüvvələrin neytral mövqedə dayanması təəccüblü deyil. Əgər indiyədək Ermənistanın təxribatlarına normal reaksiya verilsəydi, bəlkə də proseslər bu həddə çatmazdı. Necə ki, 30 il münaqişə dövründə sırf cəzasızlıq mühiti olduğuna görə Ermənistanın işğal rejimi davam etdi.

Burada bir çox səbəb axtara bilərik: beynəlxalq münasibətlərdə olan poblemlər, qərbdə erməni lobbisinin fəaliyyəti, bəzən də xristianlıq faktorunu da qeyd etmək olar. Tarixə nəzər saldıqda Ermənistanın üçüncü güclərin bir növ “maşa” kimi istifadə etdiyi alət rolunu oynamasının şahidi olarıq”.

Politoloq qeyd edib ki, bu cür toqquşmalar yekun sülh müqaviləsinin imzalanmasını ləngidir.

“Son proseslər fonunda ABŞ-nin bu cür yanaşması daha çox vasitəçilik prinsiplərini pozmamaq, neytral mövqe sərgiləməkdən qaynaqlanır. Həmçinin başqa bir məqamı qeyd edə bilərik ki, qərb masasında sərhədlərin delimitasiyası məsələsi daha çox Ermənistanın mövqeyinə uyğun səciyyələnir. Azərbaycan delimitasiya prosesini əsasən SSRİ dönəmindən qalan xəritələrə istinad etdiyi halda, qarşı tərəf SSRİ-nin parçalanmasından sonrakı dövrə aid olan yeni xətlərə uyğun həyata keçirmək istəyir. Bu mövqe ilk dəfə Brüssel formatında olan görüşlərdə ortaya atılıb. Buna görə də ABŞ və Avropanın yanaşması Ermənistanla üst-üstə düşür. Belə münasibəti, həmçinin Zəngəzur dəhlizi məsələsində də görmək olar. Sülh müqaviləsinin bağlanmasında da ləngimələri bununla izah etmək olar. Əgər Azərbaycan qərbin təklifləri ilə sülh masasında əyləşərsə, Qarabağ məsələsində bizim xeyrimizədir. Çünki ərazi bütövlüyümüz qərb tərəfdən dəstəklənir. Amma sərhədlərin delimitasiyası baxımından bizdə narahatlıq doğurur. Rusiya masasında isə həmin ölkənin Baş Qərargahında olan arxiv xəritələr bizim leyhimizə olsa da, Qarabağ məsələsində Rusiyanın mövqeyi bizim ziyanımızadır. Fikrimcə, Amerikanın bu cür yanaşması iki səbəbdən doğur: birincisi, vasitəçi kimi neytrallığını qoruyub saxlayır, ikincisi isə, daha çox Ermənistanın mövqeyinə çıxış edirlər. Qeyd etmək lazımdır ki, sülh müqaviləsinin yubanması bu cür insidentlərin çoxalmasına şərait yaradır”.

Yusif Səmədzadə

www.yenicag.az

456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv