!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Ermənistan münasibətlərinə Qərbin təsiri: “Rusiya maraqları nəzər alınmadan atılan addım...” - ŞƏRH

!Reklam – Yazi

Rusiyanın marağı nəzərə alınmadan ABŞ-nin təklifi ilə Ermənistan-Azərbaycan arasında danışıqlar fonunda atıla biləcək hər hansı addımın müsbət nəticə verməyəcəyini söyləmək olar”.

Bunu Rusiyanın Cənubi Qafqazda proseslərə təsirindən və Ermənistanla Azərbaycanın əldə olunması gözlənən sülh müqaviləsindən danışan politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiyanın maraqları nəzərə alınmadan Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ABŞ-nin atdığı addımlar səmərə verə bilməz:

“ABŞ Cənubi Qafqazda Rusiya sülhməramlı kontingentinin olduğunu nəzərə almalıdır. Bu ciddi faktordur. Digər tərəfdən isə, regionda İran və Rusiyanın maraqları üst-üstə düşür.

ABŞ-nin hazırda Cənubi Qafqazda baş verən proseslərdə aktivliyinin səbəblərindən biri də Türkiyədəki seçkilərdir. Seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyi təqdirdə ABŞ-nin münaqişə tərəflərinə təsir imkanları arzu etdiyi səviyyədə olmayacaq.

Bu prosesləri analiz etsək, Rusiyanın marağı nəzərə alınmadan ABŞ-nin təklifi ilə Ermənistan-Azərbaycan arasında danışıqlar fonunda atıla biləcək hər hansı addımın müsbət nəticə verməyəcəyini söyləmək olar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv