!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Ermənistan sərhəd komissiyasının növbəti görüşü yaxın zamanlarda keçiriləcək

!Reklam – Yazi

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti, üçüncü görüşü yaxın zamanlarda keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın paytaxtı Astanada rusiyalı həmkarı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi üçtərəfli görüşdə deyib.

Bildirilib ki, görüşdə Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. C.Bayramov kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacibliyini vurğulayıb.

Nazir delimitasiya üzrə komissiyaların artıq yaradıldığını, indiyə qədər iki görüşün keçirildiyini vurğulayıb. Üçüncü görüşün yaxın zamanlarda keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Eyni zamanda Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğu qeyd edilib.

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv