!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasını nə Rusiya istəyir, nə də Avropa” – ŞƏRH

!Reklam – Yazi

“Ermənistan sülh sazişinin hazırlanması ilə əlaqədar ikili oyun oynayır, bununla prosesi mümkün qədər uzatmağa cəhd göstərir”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması prosesindəki ləngliyin səbəblərini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ilk baxışda bu prosesdə vəziyyətin sadə olduğu görünsə də, reallıq fərqlidir:

“Doğrudan da, bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı vəziyyət formal olaraq sadə görünür. Yəni Azərbaycanın mövqeyini əks etdirən beş təklifə həm Avropa Birliyi tərəfindən müsbət yanaşıldı, həm də ATƏT-lə Rusiyanın xüsusi nümayəndələrinin Bakıda ölkə prezidenti ilə keçirdikləri görüş zamanı o təkliflərin dəstəkləndiyi vurğulandı. Buradan o nəticəyə gəlmək olar ki, əgər adları çəkilən tərəflər Azərbaycanın irəli sürdüyü təklifləri qəbul edirlərsə, məntiqlə vəziyyət mürəkkəb olmamalıdır.

Ancaq buna baxmayaraq, qeyd olunan məsələdə proseslərin sürəti arzuedilən həddə deyil. Məsələn, Azərbaycan delimitasiya və sülh sazişi layihəsinin hazırlanması üzrə komissiyaları formalaşdırdığı halda, Ermənistanda yalnız delimitasiya ilə bağlı bağlı komissiyanın yaradıldığı barədə rəsmi məlumat var. Ermənistan sözdə sülh sazişinin imzalanmasında maraqlı olduğunu göstərməyə çalışsa da, İrəvanda rəsmi şəxslərin ritorikası prosesdə ciddi çətinliklərin olduğunu söyləməyə əsas verir. Eyni zamanda, bu çərçivədə Ermənistandakı radikal, inkarçı mövqedə olan müxalifətin aktivliyi də artmaqdadır. Buradan da belə görünür ki, Ermənistan, xüsusilə sülh sazişinin hazırlanması ilə əlaqədar ikili oyun oynayır, bununla prosesi mümkün qədər uzatmağa cəhd göstərir.

Digər tərəfdən, açıq görünür ki, indiki şəraitdə nə Rusiya, nə də Avropa Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını öz siyasətlərinin dərin qatlarında o qədər də istəmirlər. Səbəb ondan ibarətdir ki, Rusiya Ukraynada apardığı müharibənin qeyri-müəyyən gedişatı üzündən Qarabağla bağlı məsələlərin qəti və birdəfəlik həllində maraqlı deyil. Eyni fikirləri Avropa Birliyi haqqında da demək olar. Bu gün Avropa Birliyinin Cənubi Qafqaza ciddi təsir imkanlarının olmaması onun belə bir mövqe tutmasını şərtləndirən başlıca amildir”.

A.Zeynalov

www.yenicag.az

1438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv