!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan Ermənistandan Qarabağa gələn bütün yolları bağlamalıdır" - Hərbi ekspert

!Reklam – Yazi

“Azərbaycan Ermənistandan Qarabağa gələn bütün yolları bağlamalıdır”.

Bu fikri erməni tərəfinin ardıcıl törətdiyi təxribatlar, Azərbaycana məxsus maşın karvanının qarşısının kəsilməsi və bunun arxasındakı gücü şərh edərkən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, bütün təxribatların arxasında Rusiya dayanıb:

“Erməni tərəfinin təxribatları artıq həddini aşıb. Xüsusən Azərbaycan tərəfi əsirləri erməni tərəfinə verdikdən sonra onlarda bir qədər arxayınlıq yarandı. Bundan sonra Ermənistan daxilindəki bəzi qüvvələr və Qarabağ klanı keçmiş Dağlıq Qarabağda törədilən təxribatlara dəstək verir. Ola bilər ki, Paşinyan bunun əleyhinədir, baş verənləri o istəmir, ancaq bəzi qüvvələrinin müəyyən fikirləri ilə razılaşmağa məcburdur. Əsirlərin verilməsindən dərhal sonra Sülhməramlılarla birlikdə qondarma rejimin “polis”ləri Azərbaycana məxsus maşın karvanını yoxladı. Dünən isə Azərbaycana məxsus maşın karvanı Kəlbəcər yolunda mülki ermənilər tərəfindən saxlanıldı. Bundan əlavə, orada guya yol qazmaq adı ilə səngər tikib, istehkam yaratmaqları ondan xəbər verir ki, rusların dəstəyini alırlar. Qarabağda təxribatların yaranması Rusiyaya sərf edir. Şuşa Bəyannaməsi təsdiq ediləndən sonra bu, ruslarda bir qıcıq yaratdı. Bunu həzm edə bilmirlər. Ona görə də, Qarabağda yaşayan erməniləri vasitə kimi istifadə edərək təxribatlara əl atırlar.

Baş Prokurorluq Arayik Arutyunyanın yaxın zamanda Azərbaycana gətirilməsini dedikdən sonra, Ermənistanda bu, bir rezonans yaradıb. Ona görə də, ermənilər cavab olaraq rusların köməyi ilə belə bir təxribatlara əl atırlar. Arayik sonuncu dəfə Rusiyada səfərdə olub. Hesab edirəm ki, bu addımların atılmasını ona ağsaqqalları verib. Onun nəticəsidir ki, tez-tez təxribatlar baş verir”.

Hərbi ekspert Azərbaycan tərəfinin atacağı addımlara gəldikdə isə, bunları deyib:

“Azərbaycan tərəfinin əlində kifayət qədər riçaklar var. Hərbi müdaxiləyə qədər də Azərbaycanın erməni tərəfini peşman edə biləcək vasitələr var. Bunlardan birincisi və ən əsası, Azərbaycan tərəfi Ermənistandan Qarabağa gələn bütün yolları bağlaya bilər. Necə ki, bunu bir dəfə etdik, ondan sonra bir qədər ağıllandılar. İndi də, təkcə Laçın dəhlizində yox, digər istiqamətlərdə yolları bağlamaq olar. Bundan sonra ermənilər dərs almış olarlar”.

Səxavət Məmməd

www.yenicag.az

930
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv