!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan Ermənistanla sərhəddə təcili bunu etməlidir" - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Azərbaycan sərhəddə bufer zona yaratmalıdır”.

Bu sözləri yenidən müharibə ehtimalını dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, gərginlik Moskvadan idarə olunur:

“Laçında, Zəngilanda, Naxçıvanda atəşkəs tez-tez pozulur. Aldığım məlumata görə, Zəngilan istiqamətində qarşı tərəf sərhədə qüvvə yığır. Azərbaycanın müdafiə naziri Zakir Həsənov da bu gün əmr verib ki, baş verəcək təxribatların qarşısı qətiyyətlə alınmalıdır.

Hesab edirəm ki, baş verənlər adi hadisələr deyil. Hiss olunur ki, gərginlik artan xətlə gedəcək. Rusiya sülhməramlı kontingentinin komandanı dəyişəndən sonra gərginlik daha da artıb. Bunun bir nömrəli günahkarı Rusiyadır. Kreml tərəflərin barışıq əldə etməsini istəmir. Bundan əlavə Rusiya öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. İddia olunur ki, Rusiya separatçılara 100 ədəd dron verib. Bu, bir qədər inandırıcı informasiya deyil. Rusiyanın dronu olsaydı, Ukraynada istifadə edərdi. Hesab edirəm ki, gərginlik daha çox arta bilər. Zaman yetişib. Azərbaycan sərhəddə bufer zona yaratmalı, daxildə isə antiterror əməliyyatlarına start verməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

1006
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv