Azərbaycan əsgərlərinin bağladığı Gorus-Qafan yolu hələ açılmayıb

Xəbər verdiyimiz kimi, Erməni hərbçilərinin Azərbaycan sərhədçilərinə hücumundan sonra Azərbaycan tərəfi Gorus-Qafan yolunu bağlayıb.

Yenicag.az-ın məlumatına görə, hərbçilərimizin bağladığı Gorus-Qafan yolu hələ açılmayıb.

Bu barədə “Sputnik Armeniya”ya danışan Qafan meri Gevorq Parsyan bildirib.

Parsyan yolun açılması ilə bağlı danışıqların belə başlamadığını qeyd edib.