!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan filmi nüfuzlu FESTİVALDA: “Açarla bərabər son ümidini də itirdi” - Xalq artisti

!Reklam – Yazi

“Qaliblərinə “Oskar”, BAFTA və Avropa Film Mükafatına vəsiqə qazandıran “Go Short” Festivalında ölkəmizi təmsil edəcək “Açar” filmi işğal olunmuş evinin sonuncu yadigarı olan açarları 26 il qoruyub saxlayan bir insanın həyat hekayəsindən bəhs edir. Mən, yəni Ümid kişi o açarları itirir və sandıqda illərlə saxladığı açarı tapa bilmir. Çox təsirli bir həyat hekayəsidir”.

Bunu nüfuzlu beynəlxalq film festivalında yer alan “Açar” flminin baş qəhrəmanı tanınmış aktyor, Xalq artisti Qurban İsmayılov təəssüratlarını bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

Aktyor illərlə torpaq arzusu ilə alışıb-yanan, lakin doğma Qarabağı görmədən dünyasını dəyişən insanları yad edib. Aktyor filmin həmin insanlara həsr olunduğunu bildirib:

“Qarabağ müharibəsi mövzusunda çəkilən “Açar” bədii filmində baş qəhrəmanı canlandırıram. Olduqca təsirli və maraqlı süjet xəttinə malik bir filmdir. Filmdə Ümid kişini canlandırıram. Doğma evindən-eşiyindən qaçqın düşən bu kişi həyat yoldaşını itirib. Son ümid yeri olan Qarabağdakı evinin açarlarını da itirir. Axtarır, amma tapa bilmir. Qarabağ müharibəsində biz Zəfər çaldıq, torpaqlarımıza qovuşduq. Amma bu arzu ilə yaşayan və evinin açarlarını əziz nişanə kimi qoruyub saxlayan bir çox insanlara o günü görmək qismət olmadı. Bu film o insanlara həsr olunub”.

Qeyd edək ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyevdir.

Cəvahir

www.yenicag.az

853
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv