!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan filmləri “Netflix”də yayımlanacaq – AÇIQLAMA

Azərbaycan filmləri “Netflix”də yayımlanacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

“2021-ci ilin əvvəlində mədəniyyət naziri Anar Kərimovun böyük bir nümayəndə heyəti ilə Türkiyə səfəri zamanı mədəniyyətin bir çox sahələrində əməkdaşlıq danışıqları ilə yanaşı, kino sahəsində də görüşlər baş tutub. “Netflix Türkiyə” rəhbərliyi ilə aparılan ilkin danışıqlar da bu görüşlərdən biri idi”.

Qeyd olunub ki, 2021-ci ildə bir neçə gün ərzində Bakıda “Netflix” istehsalı olan blokbaster bir filmin çəkilişi reallaşıb. Amerika istehsalı olan film haqqında geniş məlumat filmin reklam kampaniyası başladığı zaman elan olunacaq.

Nazirlikdən bildirilib ki, konkret olaraq “Netflix Türliyə” ilə müştərək layihələrin dəyərləndirmələri aparılır.

Cəvahir

www.yenicag.az

203
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100