!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Finlandiyanın “yaşıl enerji” zonası təcrübəsini öyrənə bilər

!Reklam – Yazi

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasında Finlandiya təcrübəsini öyrənə bilər.

Energetika Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bunu nazir müavini Samir Vəliyev Finlandiyanın xarici işlər nazirinin xarici ticarət əlaqələri üzrə müavini Nina Vaskunlahti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə bildirib.

Məlumata görə, görüşdə Azərbaycan və Finlandiya arasında enerji sahəsində əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı regionda enerji təhlükəsizliyinin təmin edilməsi, enerji resurslarının şaxələndirilməsində Cənub Qaz Dəhlizinin mühüm rolundan bəhs edilib, bu istiqamətdə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Azərbaycanda reallaşdırılan enerji layihələri, bərpa olunan enerji mənbələrinin inkişafı, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üçün həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bu sahədə Finlandiya təcrübəsinin öyrənilməsinin mümkünlüyü, o cümlədən Finlandiya şirkətlərinin layihələrdə iştirakı üçün böyük potensialın olduğu qeyd edilib.

Görüşdə enerji əməkdaşlığının qarşılıqlı maraq doğuran bir sıra digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv