Azərbaycan – Fransa oyununun vaxtı dəqiqləşdi

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçiriləcək Azərbaycan – Fransa oyununun başlanma saatı və stadionu müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.