!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan futboluna maneə olan BOS SƏDDİ: “Bu dəfə ikipərdəli matç izləyəcəyik” – ŞƏRH

!Reklam – Yazi

Azərbaycan futbol klublarının əsas görüşlərinin keçirildiyi arenalardan biri də Bakı Olimpiya Stadionudur. Təqribən 69 min nəfərlik tutuma malik olan stadion yerli futbol klublarının uğurundan çox uğursuzluğuna şahidlik edib. Məsələn, “Qarabağ” 2017-18-ci illərdə Bakı Olimpiya Stadionunda (BOS) üst-üstə 6 oyun keçirmiş, lakin 1 xal qazanmışdı. Bir neçə gün bundan öncə həmin stadionda “Rakov”la qarşılaşan komanda yenidən uğursuzluqla üzləşərək mərhələni keçməyi bacarmamışdı. Xatırlayırsızsa, 2020-ci ildə digər Azərbaycan təmsilçisi “Neftçi” də Avropa Liqasının 2-ci təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubuna qarşı BOS-da keçirilən matçda məğlub olmuşdu.

Bəs Azərbaycanın əsas futbol klublarının oyunlarının alınmadığı qarşılaşmalar niyə məhz BOS-da keçirilir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında idman jurnalisti Fərid Axundov Azərbaycanda sırf futbol üçün nəzərdə tutulan böyük stadion olmadığına görə, əsas matçlar üçün BOS-un seçildiyini bildirib:

“Əvvəla bunu dəqiqləşdirək: BOS-da keçirilən matçlar klublarımız üçün maneədirmi?
Klublarımızın BOS-da oynadığı və məğlub olduğu rəqiblərini xatırlayaq: “Çelsi”, “Roma”, “Arsenal”, “Sportinq”, “Qalatasaray”, “Vorskla” – 6 məğlubiyyət, 2 heç-heçə və 1 qələbə. Bərabərliklə yekunlaşan matçlardan biri “Rakov”a qarşı idi. Digər oyun isə “Atletiko Madrid” sürprizidir.

“Vorskla” istisna, digər rəqiblərə qarşı mütləq qələbə hədəfi ilə oynanıldığını düşünmək çətindir. Rəqiblərdən də aydın olur ki, BOS-da anşlaq yaşanıla biləcək matçlar zamanı məhz ora seçilir. Bu da olduqca təbiidir. Çünki Azərbaycanda sırf futbol üçün nəzərdə tutulan böyük stadion yoxdur. Tofiq Bəhramov adını daşıyan Respublika stadionu da Olimpiya sinfinə daxildir.

“Neftçi” isə çempionatda ev oyunlarını keçirdiyi “8-ci km stadionu”nda son 10 matçda cəmi 1 dəfə məğlub olub. 6 qələbə və 3 heç-heçə qeydə alınıb. Yeganə məğlubiyyət isə “Olimpiakos”la görüşdə idi.
Faktları sadaladıq. Bu faktlara hər kəsin öz yanaşması və subyektiv fikri formalaşa bilər”.

Jurnalist, həmçinin “Neftçi” və “Beşiktaş” qarşılaşmasının “Neftçi” Arena”da keçirilməsi ilə bağlı qərara da münasibətini bildirib:

“Məncə, hədəf mərhələ adlamaqdırsa, “Neftçi”yə nisbətən kömək edə biləcək məkan “8-ci km stadionu”dur. Çünki tribunalar meydana çox yaxındır. Azarkeş dəstəyi mütləqdir. Digər tərəfdən isə “Beşiktaş” matçını milyonlarla Türkiyə vətəndaşı izləyəcək. Bunadək “Qalatasaray” və “Beşiktaş”a qarşı olan matçlar BOS və respublika stadionunda idi. Həmin oyunlardan biri pandemiya zamanı və eləcə də Azərbaycan növbəti müharibənin astanasında olduğu zaman azarkeşsiz şəraitdə keçirilmişdi. Mesajlar qardaşlıq, dostluq çərçivəsində idi. İkinci matç isə Türkiyədə zəlzələdən zərər görən insanlara xeyriyyə xarakteri daşıyırdı.
Bu dəfə isə ikipərdəli – İstanbul-Bakı arasında matçlar izləyəcəyik. Azarkeşlərin bu tamaşadan məhrum olmaması hədəflənir və buna görə BOS seçilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan azarkeşinin BOS-a qarşı ümidsizliyi yaranıb. Bu minvalla qarşılaşmanın “8-ci km stadionu”nda oynanılması və bilet qiymətlərinin adət olunandan daha baha satılması variantını məqbul hesab edirəm”.

Sadiq Cavadov

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv