!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan futbolunda şübhəli oyun - Araşdırma başladı

!Reklam – Yazi

Region Liqasında “Füzuli” və “FC Baku” komandaları arasında keçirilmiş oyunun nəticəsinin manipulyasiyası şübhəsi ilə AFFA-ya məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi açıqlamasında bildirilir. Aprelin 6-da keçirilmiş qarşılaşma “FC Baku”nun qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu ilk hissədə Emin Mustafayev penaltidən vurub. Paytaxtdakı matçda 1:1 hesablı heç-heçə qeydə alındığı üçün iki oyunun yekununda “Füzuli” mübarizəni dayandırıb.

AFFA Region Liqasının İşçi Qrupu daxil olmuş məlumatı araşdırmaq üçün “FC Baku”nun Qusar “Şahdağ”ı ilə aprelin 22-də nəzərdə tutulan yarımfinal görüşünü qeyri-müəyyən müddətə təxirə salıb.

Qeyd edək ki, digər yarımfinal matçı “Uğur” (Sumqayıt) və “Araz Naxçıvan” komandaları arasında keçiriləcək.

www.yenicag.az

5800
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv