!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan gələcəyin Sinqapuru ola biləcək dövlətdir” – Ərdoğanın maliyyə müşaviri

!Reklam – Yazi

“Mövcud potensialdan faydalanmağın mesajını indidən verərək, iş adamlarını Azərbaycana cəlb etmək lazımdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycanın mövcud iqtisadi potensialını dəyərləndirən Türkiyə Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyində (TÜİB) təşkil olunan ikitərəfli ticarət əlaqələrinə həsr edilmiş tədbirdə deyib.

O, bildirib ki, ümumi işimiz tədbirlərdə bir araya gələrək, bir-birimizə qardaş deyib, sonra isə dağılışmaqdan ibarət olmamalıdır:

“Sözləri konkret əmələ çevirmək lazımdır. Keçirilən bir sıra konfranslarda danışılan sözlər bir çox hallarda elə söz olaraq da qalır.

Lakin Azərbaycanın Türkiyə firmalarının qazanc götürəcəyi bir ölkə olduğunu unutmamaq lazımdır. Azərbaycan gələcəkdə həm region, həm də dünya dövlətləri üçün iqtisadi potensialı yüksək olan ölkədir.

Mövcud potensialdan faydalanmağın mesajını indidən verərək, iş adamlarını Azərbaycana cəlb etmək lazımdır. Çünki Azərbaycan gələcəyin Sinqapuru ola biləcək bir dövlətdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv