!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan gündəmini “sıxışdıran” UKRAYNA SAVAŞI: “Şər imperiyası”ndan qurtulmağımız üçün...” - ŞƏRH

!Reklam – Yazi

“Rusiya Ukrayna qarşısında məğlub olarsa, Azərbaycanın da inkişaf yolları tamamilə açılmış olacaq”.

Bu fikirləri Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bu məsələnin Azərbaycanın daxili gündəmini arxa plana keçirməsinin səbəblərinə toxunan siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Ukraynada gedən savaşın Azərbaycanın daxili gündəmini arxa plana keçirməsindən narahat olmamalıyıq:

“Açığı, Ukrayna ilə bağlı məsələ yetərincə fərqlidir. Doğrudur, bəzən beynəlxalq gündəm bizim öz daxili məsələlərimizi üstələyir, onları arxa plana keçirir və bu da zərərimizə olur. Ukrayna məsələsi ona görə fərqlidir ki, bu ölkə hazırda dünyanın ən böyük “Şər imperiyası” olan Rusiyaya qarşı azadlıq, suverenlik mücadiləsi verir.

Buna sadəcə, Ukrayna xalqının deyil, bütövlükdə dünyanın mütərəqqi kəsiminin Rusiyanın timsalında “Şər imperiyası”na qarşı mübarizəsi kimi baxmaq lazımdır. Ukrayna dövləti və Ukrayna xalqının bu savaşda qazanacağı qələbə həm də keçmiş SSRİ-nin tərkibində olmuş bütün ölkələr üçün çox vacibdir. Yəni bizim hamımızın o “Şər imperiyası”ndan qurtulmağımız Ukraynanın qələbəsindən asılıdır.

O baxımdan, hesab edirəm ki, Ukraynada gedən savaşın Azərbaycanın daxili gündəmini arxa plana keçirməsindən narahat olmamalıyıq. Əksinə, Azərbaycanda heç kim Ukraynanın başına gəririlənlərə biganə qalmamalıdır. Bu savaşda Ukraynanın qələbəsi həm də Azərbaycanın zəfəri, xalqımızın azadlıq istəyinin qələbəsi anlamına gələcək.

Biz ölkəmizdə istənilən demokratik dəyişiklikləri həyata keçirməyə, Azərbaycanı Avropanın tərkib hissəsi olan müasir dövlətə çevirməyə başlayanda, Rusiya həmişə üstümüzə gəlib. Yəni Rusiyanın təzyiqləri səbəbindən istədiyimiz inkişafa yetişə bilmirik. Bu gün Rusiya Ukrayna qarşısında məğlub olarsa, Azərbaycanın da inkişaf yolları tamamilə açılmış olacaq. Ona görə də, Azərbaycan cəmiyyəti Ukrayna məsələsinə bu qədər həssaslıqla yanaşır”.

A.Zeynalov

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv