Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin Xarici İşlər nazirləri (Elmar Məmmədyarov, David Zalkaliani və Mövlud Çavuşoğlu) arasında üçtərəfli formatda görüşü başlayıb.
Yenicag.az xəbər verir ki, görüşdə üçtərəfli əməkdaşlıq məsələləri, energetika və nəqliyyat sahələrində həyata keçirilən layihələr müzakirə olunur.
Görüşün sonunda birgə bəyannamənin imzalanması gözlənilir.