TANAP layihəsi Azərbaycanla Türkiyənin uzun illər birgə səyləri nəticəsində ərsəyə gəlib. Hazırda bunun sevincini yaşayırıq.
Yenicag.az xəbər verir ki, bu sözləri AzərTAc-a müsahibəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.
Layihənin həyata keçməsi ilə Azərbaycanın Avropanın yeni qaz tədarükçüsü olmaq hədəfinə çatdığını vurğulayan S.Düzyol deyib: “Bununla Azərbaycan, eyni zamanda, Türkiyənin də ikinci qaz tədarükçüsü oldu. Türkiyə artıq uzun illərdir qaz ehtiyacını Rusiya və İran qazı ilə qarşılayırdı. Burada Azərbaycan üçüncü tədarükçü idi. Lakin TANAP-la Azərbaycan Türkiyənin qaz ehtiyacını qarşılayan ikinci böyük dövlətə çevrildi”.