!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan həmin agentləri ictimailəşdirməməklə İranın özünə..." - RƏY

!Reklam – Yazi

“Təhlükəsizlik orqanlarımız Azərbaycana qarşı uzadılan çirkin əlləri vaxtında kəsməyi bacarır”.

Bunu İranın Azərbaycana qarşı düşmənçiliyi fonunda ifşa olunan təxribat planlarından və casus şəbəkələrindən danışan politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, İranın Azərbaycana olan münasibətini korrektə etməməsi casus şəbəkələrinin ifşasının ictimailəşdirilməsinə səbəb olub:

“Azərbaycan heç bir zaman qonşularına qarşı hər hansı iddia ilə çıxış etməyib, heç bir qonşunun daxili işinə qarışmayıb. Azərbaycanda ifşa olunan agentlər səbəbindən xalqımızın həmin ölkəyə nifrətini oyatmamaq üçün bu hallar ictimailəşdirilmirdi. İndi isə həmin casus şəbəkələrinin saxlanılaraq ictimaiyyətə təqdim olunmasının səbəbi İranın Azərbaycana qarşı otuz ildir gizli düşmənçilik etməsidir. Yəni Azərbaycana qarşı düşmənçiliklərini açıq-aydın biruzə verməmişdilər. Azərbaycan isə həmin agentləri ictimailəşdirməməklə İranın özünə düzəliş etməsi üçün şans verirdi.

Azərbaycanın 44 günlük müharibədən qələbə ilə ayrılması İranı qıcıqlandırdı. Artıq İran Azərbaycanla açıq düşmənçilik etməyə başladı. Ölkəmizdə “Kərimə” adlı dövlət qurmağı planladı, təxribatlara əl atdı. Lakin Azərbaycan təhlükəsizlik orqanları peşəkardır. Azərbaycana qarşı uzadılan çirkin əlləri vaxtında kəsməyi bacarır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv