!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan hərbçiləri Aralıq dənizində sualtı axtarış və xilasetmə təlimində iştirak etdi - FOTO

!Reklam – Yazi

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi qulluqçuları Aralıq dənizinin şərqində keçirilən “Kurtaran – 2023” sualtı axtarış və xilasetmə təlimində iştirak edib.

MN-dən Yenicag.az-a verilən məlumata görə, təlimin planına əsasən batmış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətinin qiymətləndirilməsi, eyni zamanda heyətin xilas edilməsi, dalğıclar vasitəsilə onlara qida və tibbi ləvazimatların ötürülməsi üzrə tapşırıqlar icra olunub.

Qeyd edilib ki, beynəlxalq təlimdə 17 ölkədən 37 nümayəndə iştirak edib.

www.yenicag.az

353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv