Azərbaycan hərbçiləri Belarusa getdi

“Beynəlxalq Ordu Oyunları – 2018” çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın snayperlərdən ibarət komandası Belarusa yola düşüb.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqə Belarus Respublikasının Brest şəhərində keçiriləcək.