Azərbaycan hərbçiləri Moskvaya getdi

“Beynəlxalq Ordu Oyunları – 2018” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan tankçıları Moskva şəhərinə yola düşüb.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumatda bildirilib ki, Rusiyanın Alabino hərbi poliqonunda üç mərhələdə keçiriləcək “Tank biatlonu” müsabiqəsində 31 ölkədən komanda iştirak edəcək.

Müsabiqə iyulun 28-dən avqustun 11-dək keçiriləcək.