“Beynəlxalq Ordu Oyunları – 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın hərbi aşpazları Moskvaya yola düşüb.
Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bir neçə mərhələdən ibarət olan müsabiqədə hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə də məharətlərini nümayiş etdirəcək.