Azərbaycan hərbçiləri Qazaxıstana getdi

“Beynəlxalq Ordu Oyunları – 2018” çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün Azərbaycanın artilleriyaçılardan ibarət komandası Qazaxıstana yola düşüb.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqə Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.