!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan hərbi kolonlarının üzərindəki “∀” işarəsi - Polkovnik mənasını AÇIQLADI

!Reklam – Yazi

“Təlimlərdə iştirak edən bölmələrimizdə “∀” işarəsi ilə yanaşı, digər işarələr də qoyula bilər. Təlimlərə gedəndə şərti işarələr qoyula bilər. Prinsip cəhətdən, “∀” işarəsi hansısa anlam daşımır ki, onun haqqında danışsınlar. Burada danışılası bir şey yoxdur”.

Yenicag.az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Hərbi ekspert son günlər sosial şəbəkələrin erməni seqmenti ilə yanaşı, erməni mətbuatında da Azərbaycan hərbi kolonlarının üzərində yazılan “∀” işarəsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Polkovnik aydınlaşdırıb ki, sentyabr ayı Azərbaycan Ordusunda təlimlər ayıdır və ola bilsin ki, təlimlər zamanı bölüyü, yaxud taqımı, eləcə də texnikaları bir-birindən ayırmaq üçün təlim iştirakçılarına müvəqqəti hansısa işarələr qoya bilərlər:

“O ki qaldı ermənilərin bu məsələni şişirtməsinə, onları təşvişə salan öz təxribatlarıdır ki, Azərbaycan bunun adekvat cavabını verir. Azərbaycan öz iradəsini ortaya qoyub və onlara ciddi xəbərdarlıq edib. Ona görə də ermənilər “∀” işarəsinə görə təşvişə düşməkdənsə, daha dəqiq məsələləri önəmsəməlidirlər. Çünki Azərbaycan İrəvanın qeyri-konstruktiv mövqeyinə qarşı ciddi mesajlar verir. Bu mesajlar Prezident İlham Əliyev tərəfindən dəfələrlə səslənib. Dövlət başçısı da xatırladıb ki, əgər Azərbaycana qarşı hansısa təxribatlar olarsa, Azərbaycan gözləməyəcək və adekvat cavab verəcək”.

Müsahibimiz əlavə edib ki, son günlər istər sərhəddə, istərsə də Qarabağın dağlıq hissəsində mütəmadi şəkildə atəşkəsin pozulması, habelə Xankəndidə mitinqlərin keçirilməsi və aqressiv çağırışların edilməsi müşahidə olunur:

“Əgər bu hadisələrin fonunda Azərbaycana təhlükə yaranarsa, cavablarını verəcəyik. Hələlik vəziyyət gərgindir və Azərbaycan buna cavab verir. Əgər gələcəkdə hansısa cavab tədbirlərini həyata keçirmək lazım olsa, Azərbaycan dövləti bu addımı da atmağa hazırdır. Ermənilərin də təşvişə düşməsi məhz bundan irəli gəlir”./yenisabah.az/

www.yenicag.az

2785
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv