!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan hökuməti Venesiya Komissiyasına müəyyən cavab verməlidir və ...” – MÖVQE

!Reklam – Yazi

“Qanuna dəyişikliklər məsələsi Milli Məclisin payız sessiyasının gündəliyinə salına bilər”.

Bu fikirləri Venesiya Komissiyasının “Siyasi partiyalar haqqında” qanunla bağlı Azərbaycan hökumətinə verdiyi tövsiyələrin icra ehtimalını dəyərləndirən ReAl partiyası sədrinin müavini Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, sözügedən qanuna yönəlik mümkün dəyişikliklərin tez zamanda baş vermə ehtimalı aşağı görünür:

“Adətən, Venesiya Komissiyanın rəyi Azərbaycan hökuməti tərəfindən nəzərə alınır. Ancaq bu məsələnin prosedurları müəyyən qədər çətindir. Hər halda, yəqin ki bununla bağlı hökumət və Venesiya Komissiyası arasında yazışmalar olacaq. Ancaq mümkün dəyişikliklərin tez zamanda baş vermə ehtimalı aşağı görünür. Çünki zaman xeyli daralıb və mövcud partiyalar artıq iyulun 1-nə qədər yeni qanuna uyğunlaşmanı başa çatdıraraq sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bununla belə, qanuna dəyişikliklər məsələsi Milli Məclisin payız sessiyasının gündəliyinə salına bilər. Ona görə ki, Azərbaycan hökuməti Avropa Şurasına üzv olarkən öz üzərinə bəlli öhdəliklər götürüb və tövsiyələrlə əlaqədar Venesiya Komissiyasına müəyyən cavab verməlidir. Bu səbəbdən, qanuna hansısa texniki dəyişikliklərin edilməsi istisna deyil. Dediyim kimi, bunun qanundakı altı aylıq tələb müddəti çərçivəsində baş verməsi real görünmür”.

A.Zeynalov

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv