!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan HR İnstitutu insan resursları üzrə beynəlxalq uğura imza atıb” - FOTO / VİDEO

!Reklam – Yazi

Ölkəmizdə insan kapitalının inkişafını qarşıya əsas məqsəd qoymuş Azərbaycan HR İnstitutunun tədris proqramları dünyanın insan resursları üzrə ən nüfuzlu təşkilatları olan HRCI (HR Certification Institute) və SHRM (Society for Human Resource Management) tərəfindən akkreditasiyadan uğurla keçmişdir. Tədris proqramlarını müvəffəqiyyətlə bitirən məzunlara ən yüksək “Peşəkar İnkişaf Kreditləri” (Professional Development Credits) təqdim olunur. Azərbaycan HR İnstitutu hər iki beynəlxalq qurumun ölkəmizdə rəsmi resertifikasiya təmsilçisi hüququna malikdir və insan resursları üzrə aPHRi, PHRi, SPHRi, GPHR qlobal sertifikasiya hazırlığını uğurla həyata keçirməkdədir.

Yeniçağ.az xəbər verir ki, 10 dekabr tarixində Azərbaycan HR İnstitutu tərəfindən “HR Network Azerbaijan” platformasının ilk görüşü və müasir insan resurslarının idarə edilməsinin ən vacib modullarını ehtiva edən Recruitment & Interview techniques (RIT), Learning & development (LD), “HR Metrics & dashboarding” (HRMD), “HR Beginner” (HRBP), “HR Specialist” (HRSP), “HR Generalist” (HRGP), “Labor Code & documentation” (LCD) tədris proqramları üzrə məzunların təltifolunma tədbiri keçirilmişdir. Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov insan resursları üzrə peşəkar kadr hazırlığının önəmi və ölkəmizdə bu sahəyə xüsusi diqqətin olduğunu vurğulayıb.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov çıxış edərək Azərbaycan HR İnstitutunun cari fəaliyyətini yüksək qiymətləndirib və “HR Network Azerbaijan” platformasının ilk görüşündə iştirak etməkdən məmnunluğunu ifadə etmişdir. Ölkəmizdə peşə təhsili və insan kapitalının inkişafı mövzusunda geniş təqdimatla çıxış edərək işəgötürənlərin əsas tərəf kimi peşə təhsili sisteminə cəlb edilməsi, dual təhsil proqramı konsepsiyası, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və peşə təhsilində dövlət-özəl tərəfdaşlığının vacib əhəmiyyətini vurğulamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri Əbülfət Məhərrəmov əmək məcəlləsində dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsi, həmçinin əmək və məşğulluq, sosial təminat sahələrində aparılan islahatlar barədə məlumat vermişdir. HRCI sertifikasiya hazırlığı üzrə beynəlxalq dərəcəli instruktor Minara İsmayılova tədbirdə çıxış edərək Azərbaycan HR İnstitutu tərəfindən ölkəmizdə təşkil olunan 4 əsas qlobal sertifikasiya hazırlığı proqramları haqqında məlumat vermiş, beynəlxalq HR standartları və insan resurslarında strateji yanaşmaların əhəmiyyətini vurğulamış, qlobal sertifikasiya hazırlığı üzrə ilk qrup məzunlarının yekun imtahanda qazandıqları yüksək nəticələr münasibəti ilə təbrik etmişdir. Tədbirdə iştirak edən 50-dən çox işəgötürən müəssisənin insan resursları rəhbərlərinin rəy və təklifləri dinlənilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

youtube.com/watch?v=0ELraVa5vjk

 

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv