!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan icması BMT-yə müraciət ünvanladı

!Reklam – Yazi

Litvada fəaliyyət göstərən azərbaycanlıların “Günəş” Assosiasiyası beynəlxalq ictimaiyyətə müraciət edərək Azərbaycanın sülh səylərini dəstəkləməyə çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenicag.az-a bildiriblər ki, Assosiasiyanın adından BMT-nin Cenevrədəki mənzil-qərargahına ünvanlanan müraciətdə Azərbaycan mənşəli litvalıların erməni diasporunun və Ermənistandakı revanşist qüvvələrin yolverilməz hərəkətləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış hazırkı şəraitlə bağlı dərin narahatlıq hissi keçirdikləri bildirilir.

Müraciətdə qeyd edilir ki, Ermənistanın 30 il davam edən işğalçı siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsi xarabalığa çevrilib və 2020-ci ilin müharibəsindən sonra qalan problemlər hələ də öz həllini tapmayıb.

Bəyanatda vurğulanır ki, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində basdırdığı minaların partlaması nəticəsində bugünədək 300-dən çox azərbaycanlı hərbi qulluqçu və mülki şəxs həlak olub və yaralanıb. Eyni zamanda, Ermənistanın minalanmış sahələrin dəqiq xəritəsini Bakıya verməkdən imtina etməsi qanunların kobud şəkildə pozulmasıdır. Müraciətdə, həmçinin bildirilir ki, qonşu Gürcüstanın timsalında özünün regional əməkdaşlığa sadiqliyini sübut edən Azərbaycan, həmçinin beynəlxalq hüquq əsasında öz ərazisi, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qoruyub saxlamağa çalışır. İcmanın müraciətində o da qeyd olunur ki, Xankəndi-Laçın yolu açıqdır.

Azərbaycanlıların “Günəş” Assosiasiyası beynəlxalq təşkilatları bu gərgin və mühüm mərhələdə ermənilərin uydurmalarına inanmamağa, Azərbaycanın sülhsevər siyasətini əməldə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqa dəstək verməyə çağırıb.

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv