!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan idmanı tarixində ilk yaşandı

!Reklam – Yazi

Parabadmintonçu İbrahim Əliyev Ümumdünya Badminton Federasiyasının (BWF) bayrağı altında keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək.

Azərbaycan Badminton Federasiyasından Yenicag.az-a verilən məlumata görə, bu, ölkənin bu idman növü üzrə tarixində bir ilkdir.

İbrahim Əliyev İndoneziyanın Yoqyakarta şəhərində bu gün start götürən və 15 ölkədən idmançıların qatıldığı “FOX’s Indonesia Para Badminton International 2022” beynəlxalq turnirində mübarizə aparacaq. Yarış avqustun 28-dək davam edəcək.

Qeyd edək ki, parabadminton üzrə milli komandanın məşqçisi Teymur Abbasovdur.

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv