Azərbaycan ilk 20-likdə – Azay Quliyev Prezidenti təbrik etdi

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Yenicag.az xəbər verir ki, A.Quliyev Twitter hesabından bu sözləri yazıb:

“Azərbaycan növbəti uğura imza ataraq Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Bu keçənilki göstəricidən 5 pillə yuxarıdır. 190 ölkə arasında ölkəmizi ən islahatçı 20 ölkə sırasına çıxaran cənab Prezidenti təbrik edirəm”.