!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

!Reklam – Yazi

Dünya Badminton Federasiyası (BWF ) “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıların siyahısını açıqlayıb.

Azərbaycan Badminton Federasiyasından Yenicag.az-a verilən məlumata görə, ölkəmiz ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq.

2021-ci ildə Tokioda keçirilmiş Olimpiya Oyunlarında iştirak edən Edi Reski Dviçayo bu dəfə də kişi badmintonçuların şəxsi yarışında mübarizə aparacaq. O, lisenziyaya “Paris yolu” reytinqində 28-ci olmaqla sahib çıxıb.

Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra isə həmin reytinqdə 31-ci olaraq ölkəmizi “Paris-2024”də təmsil etmək hüququ əldə edib.

Badminton yarışları 27 iyul – 5 avqustda Parisdə yerləşən “Porte de la Chapelle” arenasında keçiriləcək. 27-31 iyulda qrup mərhələsi, 1-5 avqustda isə beş kateqoriya üzrə pley-off mərhələsinin görüşləri oynanılacaq.

www.yenicag.az

132
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv