!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan ilk gündən FETÖ-çulara şübhəylə yanaşırdı" - Türkiyəli sabiq nazir

!Reklam – Yazi

“Yenidən bir araya gəlsək, Heydər Əliyevin bu ifadəsi qədər əhəmiyyətli söz söyləyə bilmərik. Biz həqiqətən də bir millət, iki dövlətik”.

Yenicag.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin deyib.

1997-1999-cu illərdə Milli Məclisinin spikeri olan Çətin, əməkdaşımızın suallarını cavablandırarkən Azərbaycan və Türkiyə arasında strateji məsələlərdən danışıb. Bundan başqa o, FETÖ-çularla mübarizədə Azərbaycanın Türkiyəyə dəstəyindən söz açıb.

– İki ölkə arasındakı strateji məsələlərdə nələr gözlənilir?

– Xüsusilə iqtisadi sahədə çox güclü bir əməkdaşlığımız var. Azərbaycan Türkiyəyə külli miqdarda sərmayə qoyur. Müstəqilliyin ilk illərini xatırlayıram, o vaxtlar boru xətləri çəkmək bir xəyal idi. Xarici şirkətlər ortaq layihələrə icazə vermirdi. Mən onda xarici işlər naziri idim. Heydər Əliyev mənim yanımda dedi ki, boru xətti ya Türkiyədən keçəcək, ya da heç olmayacaq. Bu vacib sözdən sonra başlayan proseslər görün indi hansı səviyyəyə qədər yüksəlib. Neft və qaz boru xətləri çəkilir, indi daha böyük layihələrə imza atılır.

Azərbaycanın ən böyük problemi Qarabağ məsələsidir. Bu problem sadəcə, Azərbaycan üçün yox, bütün Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyinə təhdiddir. Problemin həll edilməməsinin təqsirkarı, həmçinin sülh və əmin-amanlığın əldə edilməməsindən ən çox zərər çəkən Ermənistandır. Azərbaycan sürətlə inkişaf edir, sayılıb-seçilən ölkəyə çevrilir. Əslində, problemin həlli regiona və əlaqələrə çox müsbət təsir göstərəcək.

– FETÖ istintaqı çərçivəsində aparılan mübarizəyə Azərbaycanın verdiyi dəstəyi necə dəyərləndirirsiniz?

– Azərbaycan ilk günlərdən dəstəyini əsirgəmir. Hələ hadisələr aşkara çıxmazdan əvvəl, Azərbaycan FETÖ-çulara şübhəylə yanaşırdı və öz adından bütün tədbirləri görmüşdü.

Emin Səfərov

Yenicag.az

www.yenicag.az

863
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv