!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan incəsənət nümunələri UNESCO-da təqdim edildi

!Reklam – Yazi

Azərbaycan incəsənət nümunələri UNESCO-da təqdim edilib.

Bu barədə Yenicag.aza Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

UNESCO-nun Parisdə yerləşən baş qərargahında İpək Yolları Proqramının 35 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. Bu çərçivədə Azərbaycan, Qazaxıstan və Çin incəsənət xadimlərinin iştirakı ilə rəngarəng konsert proqramı təşkil edilib.

Konsertdə çıxış edən pianoçu Səidə Zülfüqarova və fleyta ifaçısı Ağarəhim Quliyevin ifasında klassik musiqi parçaları çoxmillətli auditoriya tərəfindən böyük maraqla qarşılanıb. Milli geyimli rəqqasların ifa etdiyi “Uzundərə” və “Naz eləmə” rəqsləri də zalda xüsusi coşqu yaradıb.

Konsertdə, həmçinin Çin və Qazaxıstandan olan kollektivləri maraqlı ifalar səsləndirib, milli geyim kolleksiyası nümayiş etdirilib. Tədbir hər üç ölkənin milli mətbəx nümunələrinin təqdim edildiyi ziyafətlə başa çatıb.

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv