!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan internetində yaranan çaşqınlıq: "Bu abonentləri hər hansı problem gözləmir" - İZAHAT

!Reklam – Yazi

Bir neçə gün öncə “Baktelekom” CDMA şəbəkədə, onun baza stansiyalarında təkmilləşdirmə işlərinin aparıldığını bildirib. Bununla əlaqəli məhz bu şəbəkə istifadəçilərində problemin olacağını elan edib. Bundan sonra isə sosial mediada ölkə üzrə internet təminatında problemlər olacağı haqqında məlumatlar yayılıb.

Yenicag.az xəbər verir ki, bu məsələ ilə bağlı Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz fikirlərini bölüşüb.

O, qeyd edib ki, nəzərdə tutulan təkmilləşdirmə işləri bütün internet provayderlərinə aid deyil və buna görə də ölkədə internet problemi yaşanmayacaq:

“CDMA xidmətini göstərən 3 operatorun ölkə üzrə cəmi, təxminən 10 min müştərisi olar. “Baktelekom”un isə təxminən 2-3 min bu tip abunəçisi var.

Bu simsiz telefonlar adətən “gəzdirilə bilən ev telefonu” adlanır. Əsasən 10-15 il əvvəl məhdud sayda istifadəyə verilib. CDMA texnologiyanı mobil olaraq da istifadə etmək mümkün olmasına baxmayaraq, bu xidməti göstərən operatorların mobil lisenziyası olmadığından onlar bu sahədə inkişaf edə bilməyiblər.

“Baktelekom” hazırda bu şəbəkədə həmin 2-3 abonentə ancaq səs-danışıq xidməti göstərir. Digər CDMA operatorlarda isə bu xidmətlə bərabər internet xidmətləri də var.

Beləliklə, 14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə işləri ancaq “Baktelekom”un yalnız məhdud sayda olan CDMA müştərilərə aiddir. Ölkə üzrə digər texnologiyalarla, fibet-optik, GPON ADSL, Kabel TV, mobil, LTE, Starlink və s. texnologiyalarla internetə qoşulanları hər hansı problem gözləmir”.

Gülşən Şərif

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv