!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan iqtisadiyyatı bir faizə yaxın böyüdü

!Reklam – Yazi

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 90 milyard 812,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3 faiz artıb.

ÜDM istehsalının 41,6 faizi sənaye, 9,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 8 949 manat olub.

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv