!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 8 faiz artdı

!Reklam – Yazi

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 13 053,6 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 % çox vəsait yönəldilib.

Yenicag.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 14,7 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar 24,5 % artıb.

11 ay ərzində istifadə olunmuş vəsaitin 7 161,1 milyon manatı və yaxud 54,9 %-i məhsul istehsalı sahələrinə, 5 069,1 milyon manatı və yaxud 38,8 %-i xidmət sahələrinə, 823,4 milyon manatı və yaxud 6,3 %-i isə yaşayış evlərinin tikintisinə yönəldilib.

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 10 081,0 milyon manatını və yaxud 77,2 %-ni daxili vəsaitlər təşkil edib, 9 596,1 milyon manatı və yaxud 73,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

11 aylıq investisiya qoyuluşunda müəssisə və təşkilatların vəsaitləri 48,4 %, büdcə vəsaitləri 37,3 %, əhalinin şəxsi vəsaitləri 7,8 %, bank kreditləri 2,7 %, sair vəsaitlər isə 3,8 % paya malik olub.

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv