!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb

!Reklam – Yazi

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 11708,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11,2% az vəsait yönəldilib.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 8,7%, qeyri neft-qaz sektoruna investisiyalar isə 12,9% azalıb.

11 ay ərzində istifadə olunmuş vəsaitin 7 740,4 milyon manatı və yaxud 66,1%-i məhsul istehsalı sahələrinə, 3 079,8 milyon manatı və yaxud 26,3%-i xidmət sahələrinə, 887,9 milyon manatı və yaxud 7,6%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 7 849,2 milyon manatını və yaxud 67%-ni daxili vəsaitlər təşkil edib, 7 784,4 milyon manatı və yaxud 66,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,4%, büdcə vəsaitləri 25,2%, sair vəsaitlər 7,3%, əhalinin şəxsi vəsaitləri 7,2%, bank kreditləri isə 5,9% təşkil edib.

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv