Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycan iqtisadiyyatında 2 faizlik artım

2018-ci ilin yanvar ayında Azərbaycanda ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,0% artaraq 6 049,5 mln. manat təşkil edib.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar ayında iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,9% artıb, neft sektorunda isə 0,5% azalıb.

ÜDM istehsalının 48,4%-i sənayedə, 9,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,0%-i tikintidə, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə sahələrində, 15,8%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,0 %-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 618,5 manata bərabər olub.

www.yenicag.az

873
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM