!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-İran münasibətlərində artan GƏRGİNLİK: "Bu da hadisələrə ciddi təsir edəcək faktorlardandır" - ŞƏRH

!Reklam – Yazi

“İndiki zamanda Azərbaycanın siyasi, diplomatik addımları İranın regionda və Azərbaycanda törədəcəyi təxribatlara dirəniş üçün yetərlidir”.

Bu fikri İranın Azərbaycanın Tehrandakı səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun 4 əməkdaşını arzuolunmaz şəxs elan etməsini şərh edən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, İran Azərbaycanı maksimum sıxmağa çalışacaq:

“İran özbaşına deyil. Bölgədə baş verən proseslərə Rusiya, Fransa və digər hegemon ölkələr müdaxilə edir. Bundan əlavə, Qarabağ problemini yaradan Rusiyanın çöküşü gözümüzün önündədir. Proses bu istiqamətdə də davam edəcək.

Rusiyanın İrana dəstəyi də azalacaq. O cümlədən Fransa və Almaniyanın da bölgəyə gəlməsi məhdudlaşır. Çünki prosesə ABŞ ciddi şəkildə qarışıb. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-də yüksək səviyyədə qarşılanması, müəyyən mesajlar, jestlər onu göstərir ki, rəsmi Vaşinqton regionda olacaq və problemi həll etməyə qərarlıdır.

İranla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi bəyanat kifayət qədər ciddidir. Görünən odur ki, Azərbaycanla İran arasından pərdə götürülüb, diplomatik etiket qaydaları arxa plana keçib. Milli məsələ ön plana çıxıb. Azərbaycan dilə gətirmək istəyir ki, bölünmüş xalqın hüququnu tanıyacaqsınız. Təqribən bunun astanasındayıq. Gərginləşmə təbiidir, labüddür. İran da bunu gözəl anlayır ki, xalq etirazlarının içərisində Azərbaycan türklərinin tutduğu ağıllı mövqe təşkilatın olmasına işarədir. Avropada və Türkiyədə Güney Azərbaycanla bağlı forumların keçirilməsi, o cümlədən Güney Azərbaycan parlamentinin formalaşması və məlumatlarıma əsasən deyə bilərəm ki, müəyyən işlər görülür.

Hazırda Güney Azərbaycanın istiqlalının elan olunmasına zəmin hazırlanır. Ən azı bu yöndə iş gedir. Bunu İranın kəşfiyyatı da bilir. Ona görə də İran əlindən gələni etməyə çalışacaq ki, region qarışsın.

Türkiyədəki seçkilərin də nəticəsi hadisələrə ciddi təsir edəcək faktorlardan biri olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv