!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-İran münasibətlərinə AMERİKAN MÜDAXİLƏSİ: “ABŞ-nin bu reallığı qəbul etməsi...”

!Reklam – Yazi

“Əgər İran ərazisindən keçən yol Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcəksə, rəsmi Bakının maraqları təmin edilmiş olacaq”.

Bu fikirləri İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Naser Kənaninin ABŞ-nin İran-Azərbaycan münasibətlərinə qarışmasının yolverilməzliyi haqda mesajını şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, İran özünün Azərbaycanla bağlı siyasətində heç vaxt səmimi olmayıb:

“Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi dövrdən indiyə qədər yeni reallıqlar formalaşıb. Bəzi məsələlərdə İranla əməkdaşlıq imkanları nəzərdən keçirilsə də, ortada çox ciddi ziddiyyətlər var. Məsələn, İran üç ildir, Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olmağa çalışır.

Tehran rejimi Zəngəzur dəhlizinin yerinə, Araz çayının sahili ilə yolun keçməsini istəyir. Alternativ sayılan həmin yol həm Azərbaycan, həm də İran üçün faydalıdır. O baxımdan, ABŞ nə qədər istəsə də, buna mane ola bilməcəyək.

Düzdür, ABŞ Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlı olsa da, rəsmi Bakının müstəqil qərar verə bilmə potensialına sahib olduğunu nədənsə, “unudur”. Əgər İran ərazisindən keçən yol Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcəksə, rəsmi Bakının maraqları təmin edilmiş olacaq. O halda bu gedişata heç kim mane ola bilməyəcək və Amerika da mövcud reallığı qəbul etməli olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv