Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan-İran sərhədində xəbərdarlıq atəşi - Sərhəd pozucuları saxlanıldı - FOTO

Oktyabr ayının 29-da saat 11:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd edərkən 1 nəfər Azərbaycan vətəndaşı 1994-cü il təvəllüdlü Rüstəmov İsrayıl Ənvər oğlu sərhəd pozucusu qismində saxlanılıb.

DSX-dən Yenicag.az-a bildirilib ki, həmin gün saat 21:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda aşkar edilmiş 1 ədəd bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 12 kiloqram 635 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb.

Oktyabr ayının 30-da saat 11:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapa­dılmış, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları havaya xəbərdarlıq atəşindən sonra saxlanılıblar. Qeyd olunan şəxslərin Azərbaycan Respublikası vətəndaşları Xaçmaz rayon sakini 1997-ci il təvəllüdlü Fərmanlı Mehman İlqar oğlu və Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Sadıqov Tərlan Heybət oğlu olmaları müəyyənləşdirilib.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana Kür çayında çəlləyin içərisində ötürülmüş qaçaqmal predmeti olan 20 qutu (339 blok) “Demi Wolf” markalı pirotexniki vasitələr aşkarlanaraq götürülmüşdür.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

236
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100