!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan İran və İsrail üçün poliqona çevrilməməlidir" - ŞƏRH

!Reklam – Yazi

“İsrail İrana görə Azərbaycanda gərginlik yaranması və buradakı mövqelərinə xələl gəlməsində maraqlı deyil”.

Bunu İran-İsrail qarşudurması və bu məsələdə Azərbaycanın poliqona çevrilmə ehtimalını şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayıl bildirib ki, Azərbaycan İran və İsrail üçün poliqona çevrilməməlidir:

“Müharibədən sonra İran heç bir səbəbsiz bəyanatlar verməyə başladı ki, Azərbaycanda sionist rejim möhkəmlənir. “Təbriz nağılları”ndan əvvəl də İran Azərbaycana qarşı ittihamlar səsləndirirdi. “Təbriz nağılları” da İran tərəfindən qəbul olunmadı. Orada səfirin bir sözü var. Deyir ki, Azərbaycan haqqında öyrəndim. Bu sözü İran qəbul etmir. Onlar bildirir ki, ora Azərbaycan yox, İrandır.

İran və İsrail Azərbaycanda bir-biri ilə söz dueli edə bilər. Ancaq burada xüsusi bir gərginliyin yaşanmasına gətirib çıxarmaz. Təbii ki, buna rəvac verilsə, poliqona çevrilə bilər. İnanmıram ki, xüsusilə İsrail bu məsələnin üzərinə getsin, İranı qıcıqlandıracaq addımlar atsın. Çünki bu İsrailin də xeyrinə deyil. İsrail istəmiz ki, Azərbaycanla dost münasibətlərinə məhdudluq yaransın. İranın təsiri ilə səfirlik açılmır. Onlar da bunu normaq qəbul edirlər.

Azərbaycan bilir ki, dost kimdir, düşmən kimdir. İranla İsrailin mövqeyini analiz edəndə görürük ki, İsrail daha dost münasibətdədir. Bizim ürəyimizdən keçəni deyiblər. Bu məsələnin genişlənməsinin qarşısı alınmalıdır. İran istəyər ki, məsələ dərinləşsin. Ancaq birinci növbədə İsrail bu məsələnin qarşısını alacaq. İsrail üçün maraqlı deyil burada gərginlik yaransın, İsrailin buradakı mövqelərinə xələl gəlsin. İsrailin mövqeyi maksimum dərəcədə gizlidir və müəyyən dərəcədə məxfiliyə əsaslanır. Bunun geniş vüsət alması İsrailin maraqlarına uyğun deyil. Ona görə də, bu məsələnin üzərinə getmək yox, nəzarətdə saxlamaq lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv