!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan jurnalistkasının korifeyi Svetlana Mirzəyeva

!Reklam – Yazi

Bu gün “Bakinskiy raboçiy” qəzetinin xüsusi müxbiri , “Qızıl qələm” mükafatçısı, əməkdar incəsənət xadimi, “Şərəf Nişanı”ordenli, Prezident mükafatçısı, həyatının 55 ilini bu işə həsr edən Svetlana Mirzəyavanın doğum günüdür.

Yenicag.az bildirir ki, onun həyatı çox keşməkeşli olub. O, iki müharibə keçib, 10 yaşı olduqda Böyük Vətən müharibəsi başlayıb.

O, acılı günləri tez-tez xatırlayırdı və bu onu ancaq öz gücünə arxalanmağa, yaxşı oxumağa vadar edib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxuyur və jurnalist olmağı, xalqa kömək etməyi qərara alır.

1989-cu ildə Qarabağ müharibəsi başlayır. Bu cəsur qadın hərbi müxbir kimi Ağdam, Füzuli, Cəbrayıl, Ağdərə bölgələrinə gəlir, tibbi ləvazimatlar gətirir və yaralılarla görüşür, müsahibə alır.

Svetlana xanımın bütün lent yazıları bu günə qədər saxlanılıb.
1990-cı ildə o, blokadada olan Naxçıvanda Ulu öndər Heydər Əliyevlə görüşür və bu görüş onu “İncənət bütün həyatımı müşayiət edib” (İskustvo proşlo çerez vsyu moyu jizn) kitabını yazmağa ruhlandırır.

Svetlana xanım həm mübariz əsgər, həm estet, həm də gözəl həyat yoldaşi idi. O, keçmiş Hüsü Hacıyev küçəsindəki bəstəkarlar evində yaşayırdı. Onun həyat yoldaşı Azərbaycanın Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli, Prezident mükafatçısı, Musiqi Akademiyasının Professoru Musa Mirzəyev, oğlu xaricdə yaşayan dünya şöhrətli bəstəkar, Ankara Gözəl Sənətlər və Musiqi Universitetində bəstəkarləq dərsi tədris edən İlyas Mirzəyevdir. Onun evinde həmişə məşhur adamlar qonaq olub – Rostropoviç, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, bir çox yazıçılar və bəstəkarlar. Onlar haqqında çoxlu monoqrafiyalar və kitablar yazıb.

Svetlana xanımın həyatını qısa bir məqalədə təsvir etmək çox çətindir. Bircə onu deyə bilərik ki, o, xoşbəxt həyat yaşadı, çünki sevincini bölə bilirdi.

Ona Prezident Təqaüdü veriləndə imtina etdi, və təqaüdün redaksiyanın az təminatli işçiləri arasında bölünməsini istədi. O bildirmişdi ki, redaksiya dağılmasın, çünki bura bizim evimizdir!

Tarix hökmü və qərarı özu verir…

Ancaq tarix düzgün qiymət verə bilir insanlara.

Svetlana Mirzəyeva çox mənalı həyat yaşadı…

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv