!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan jurnalistlərinin Ağdama səfəri başladı

!Reklam – Yazi

Bu gün ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin Ağdam şəhərinə səfəri başlayıb.

Yenicag.az xəbər verir ki, jurnalistlər 2 gün öncə Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarına, “Qarabağ” rəqəmsal idarəetmə mərkəzinə, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki eyniadlı yarımstansiya baş çəkəcəklər.

“Ağdam-1” yarımstansiyası böyük və müasir enerji kompleksiin tərkibində yaradılıb. Kompleksin bir hissəsində 110 kV-luq açıq və 35, 10 kV-luq qapalı paylayıcı qurğuların yerləşdirildiyi inzibati bina, digər hissəsində isə 110/35/10-luq yarımstansiya tikilib. Obyekt tam rəqəmsallaşdırılaraq avtomatlaşdırılıb, burda aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, sistemin monitorinqinin və analizinin, problemlərin tez həllinin proqram təminatı vasitəsi ilə avtomatik həyata keçirilməsi təmin edilib.

“Ağdam-2” yarımstansiyası isə Ağdam rayonunun Əsgərana yaxın, Şelli kəndi istiqamətində 110/35/10 kV-luq olmaqla inşa edilib. Onun yerləşdiyi ərazi bir neçə aya minalardan təmizlənib, burada IV sənaye inqilabının yaratdığı texnoloji yeniliklərə uyğun olaraq süni intellektə adaptasiya olunan enerji sistemi şəbəkəsi konsepsiyası çərçivəsində müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya tikilib. Yarımstansiyada 110 kV-luq açıq paylayıcı qurğu yaradılıb, açarların, ayırıcıların və digər texniki avadanlıqların açılıb-qoşulması, o cümlədən, aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırlması və başqa əməliyyatların proqram təminatı vasitəsi ilə avtomatik həyata keçirilməsi təmin edilib. Yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzində isə 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilməklə yanaşı, əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib. Yarımstansiyada müasir tələblərə cavab verən micro SCADA sistemi yaradılıb, “Azərenerji” ASC-nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb.

“Qarabağ” Rəqəmsal İdarəetmə Mərkəzi isə ölkənin elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərgi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi kimi Ağdamda tikilib. Operativ Qərargahın şəhərsalma işçi qrupunun təsdiq etdiyi, müasir üslubda hazırlanmış memarlıq layihəsi əsasında Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə bütün regiondakı elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik həyata keçirilir. Mərkəzin ərazisində elektrik avadanlıqlarının təmir sexi, Xüsusi təyinatlı maşın mexanizmlər üçün qaraj sahəsi, anbar binası və Mühəndis yataqxanası da daxil olmaqla digər xüsusi təyinatlı binalar tikilib. 2,5 hektar ərazidə yaşıllıq və meyvə bağı salınıb.

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv