!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Kann şəhərində daşınmaz əmlak üzrə beynəlxalq tədbirdə təmsil olunur

!Reklam – Yazi

Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üzrə Assosiasiya (ADREFA) Azərbaycanın Fransadakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində illik əsasda keçirilən daşınmaz əmlak üzrə beynəlxalq tədbirdə (Le Marché International des Professionnels de l’Immobilier – MIPIM) Azərbaycanı təmsil edir.

Azərbaycanın Fransadakı səfirliyindən Yenicag.az-a bildirilib ki, martın 14-dən 17-dək Kann şəhərində keçirilən MIPIM dünyanın ən böyük əmlak bazarı hesab edilir. Belə ki, o, dünya üzrə daşınmaz əmlak sahəsindəki peşəkarları bir araya gətirən, onlar üçün əlaqələrin yaradılması, şəbəkələrin qurulması və sənədləşməni əhatə edən beynəlxalq platformadır.

Tədbir çərçivəsində ADREFA Azərbaycanın daşınmaz əmlak sektoru, bu sahədə əldə olunan inkişaf, həyata keçirilən layihələr, habelə potensial tərəfdaşlara və sərmayədarlara bir sıra investisiya imkanları üzrə məlumat təqdim edir.

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv