!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan kimya sənayesi məhsullarının ixracını 58 faiz artırdı

!Reklam – Yazi

2022-ci ildə Azərbaycandan kimya sənayesi məhsullarının ixracı 57,7 %, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5 %, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4 %, çay ixracı isə 35,6 % artıb.

Bu barədə Yenicag.az-a İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) məlumat verilib.

Məlumata görə, aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları təşkil edib. İl ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93 %-ni təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 % artıb.

2022-ci ilin dekabr ayının qeyri-neft ixracı 303,5 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 105,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 197,9 milyon ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, ötən il Azərbaycanın ümumi ixracının dəyəri 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 3 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac əvvəlki illə müqayisədə 10,3 % artıb.

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv