!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan kinosu üçün DÖNÜŞ ANI: “Qurultayda ən sərt tənqid belə ləyaqətlə...”

!Reklam – Yazi

“Qarşıda kinomuzun həll edilməli çoxlu məsələləri var, bu konfransda da onların həllinə köklənəcəyik”.

Ötən ilin iyununda birləşmək qərarı verən Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birgə konfransı sabah Aktyor Evində baş tutacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov Yenicag.az-a açıqlamasında qurultaydan böyük gözləntilərinin olduğunu deyib.

O, qurultay öncəsi həmkarlarına çağırış da edib:

“Birləşmə konfransı ittifaqları gücləndirəcək. Kinematoqrafçılarımız bu günü çoxdan gözləyirdi. AKİ olaraq əminik ki, qurultay qardaşlıq, mehribanlıq şəraitində keçməli, ən sərt tənqid belə ləyaqətlə ifadə olunmalıdır. Düşünürəm ki, əksəriyyət buna köklənib.

Qarşıda kinomuzun həll edilməli çoxlu məsələləri var, bu konfransda da onların həllinə çalışacağıq. Qurultayın gündəiyində yeni təşkilatın Nizamnaməsi qəbul ediləcək, sədr və İdarə heyətinə seçkilər keçiriləcək.

Bundan sonra qurultayın sənədləri təsdiqlənmək üçün Ədliyyə Nazirliyinə göndəriləcək, yeni VÖEN alınandan sonra fəaliyyətə başlayacağıq. Həmkarlarımı həmrəyliyə və fəal iştiraka çağırıram”.

Cəvahir

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv